küp dibindən əl çəkməmək

bax küp dibində yatmaq
küp dibində yatmaq
küpə girən qarı (aravuran)
OBASTAN VİKİ
Küp
Küp — mayeləri tutmaq üçün çox istifadə olunan bir qab növüdür. Dökülmək və ya içmək üçün açılan, bəzən dar olan bir qolu var və tez-tez tökülən bir dodaq var. Tarix boyu küplər metaldan hazırlanmışdır və keramika və ya şüşədən və plastikdən indi yayılmışdır.
Küp qəbir
Küp qəbir — ölmüş şəxsin küpdə dəfn edilmə ənənəsi; qədim dövrlərdə müxtəlif xalqlar arasında geniş yayılmışdır. Elmə məlum olan ən qədim küp qəbirləri e.ə IV minilliyə aiddir və Misirdə tapılmışdır. Mesopotamiya, Aralıq dənizi sahilləri və Kiçik Asiyadakı ən qədim küp qəbirləri isə e.ə. III — II minilliklərə aiddir. Qafqazda ən qədim küp qəbirləri Dağıstanda (e.ə II minilliyin II yarısı), Abxaziyada (e.ə. I minillik) Kolxidada (e.ə. V-IV əsrlər) aşkar edilmişdir. Amma bunlarla e.ə. II əsr - b.e.nın I əsri Şərqi Zaqafqaziya Küp qəbirləri mədəniyyəti arasında ortaq əlaqə yoxdur. Məlumdur ki, Cənubi Amerikadakı hindilər, tupi və aravaklar son zamanlara dədər ölülərini gil küplərdə dəfn edirdilər.
Küp (dəqiqləşdirmə)
Küp — mayeləri tutmaq üçün çox istifadə olunan bir qab növü. Həmçinin bu mənaları ifadə edə bilər: Küp (film, 1970) Küp qəbir == Həmçinin bax == Küpə — sırğa.
Küp (film, 1970)
"Küp" (gürc. ქვევრი) — rejissor İrakli Kvirikadzenin filmi. == Məzmun == Qogiya çaxır məhsulu almaq üçün kəndə böyük bir küp alaraq qayıdıb. Onun qızı küpü maşının yük yerindən təkbaşına çıxarmaq istəyəndə onu tuta bilmir və əlindən yerə düşür. Küpün bir hissəsi qırılır. Bundan sonra Qogiya bu işlərin ustası olan Abesalomun köməyinə müraciət etməyə məcbur olur. Dəvət olunmuş mahir usta böyük küpün içində girib qopan və çatlayan yerləri təmir etməyə başlayır. İşini qurtarandan sonra usta həmişəki kimi küpün boğaz hissəsindən çıxmaq istəyir. Amma küp Meqreliyadan idi. Belə küplərin isə boğaz hissəsi çox dar olur.
Küp qəbirləri mədəniyyəti
Küp qəbirləri mədəniyyəti — arxeoloji mədəniyyət; e.ə. IV əsr — eramızın VIII əsrlərində Cənubi Qafqazda, xüsusilə də Qafqaz Albaniyası ərazisində yayılmışdı. Ölülər bükülü vəziyyətdə sağ və ya sol böyrü üstə, əsasən, üfiqi şəkildə dəfn olunmuşdu. Qəbir invertarları metal (tunc və başlıca olaraq dəmir alət və silahlar, bürünc, gümüş və qızıl bəzək şeyləri), ağac, daş, gil, şüşə və pastalardan ibarətdir. Nisbətən sonrakı dövrlərə aid qəbirlərdə Roma, Arşaki və Sasani sikkələrinə də təsadüf edilir. Bu mədəniyyət əkinçilik, heyvandarlıq, ovçuluq, balıqçılıq və sənətkarlıqla məşğul olan oturaq əhaliyə aiddir. == Həmçinin bax == Küp qəbir Xocalı-Gədəbəy mədəniyyəti Leylatəpə mədəniyyəti Azərbaycan arxeologiyası == İstinadlar == == Ədəbiyyat == Иващенко М., Кувшинные погребения Азербайджана и Грузии, «Известия АН Азербайджанской ССР», 1947, № 1; Казиев С. М., Альбом кувшинных погребений, Баку, 1960; Голубкина Т. И., Культура кувшинных погребений в Азербайджане, в сб.: Тр. Музея истории Азербайджана, т.4, Баку, 1961.
Kürsəngi küp qəbirləri nekropolu
Kürsəngi küp qəbirləri nekropolu — Salyan rayonu, Kürsəngi kəndi ərazisində yerləşən arxeoloji abidə. == Ümumi məlumat == Salyan şəhərindən 30 km şimal-şərqdə yerləşən, "Kürün səngidiyi yer" mənasını verən və hündürlüyü 77 metrə çatan Kürsəngi palçıq vulkanı Cənub-Şərqi Şirvan düzündə ən iri palçıq vulkanıdır. Vaxtı ilə Kür çayının bu təpənin yaxınlığından keçməsi burada insanların məskunlaşmasına səbəb olub. Vulkanın şərqində və cənubunda torpağın üzərində çox sayda qalaqlanmış kərpic qırıqları və müxtəlif ölçülü qırmızı və açıq sarı rəngli bişmiş kərpicdən tikilən diametri 5–6 metrə çatan tikililərin qalıqları mövcuddur. Ərazidə şirli və şirsiz qab parçalarına da rast gəlinir. Kürsəngi nekropolunda e.ə. II–III əsrlərə aid küp qəbirləri aşkar edilmişdir. Əhəng daşından hazırlanan qəbir daşlarının parçaları günümüzə qədər gəlib çıxıb. Daş parçalarının üzərində süls xətti ilə ərəbcə yazılar və nəbati ornamentlər həkk olunub. Hazırda təpənin üstündə kənd qəbiristanlığı yerləşir.
Xanməmmədli küp qəbirləri nekropolu
Xanməmmədli nekropolu - Zərdab rayonu, Xanməmmədli kəndi ərazisində yerləşən arxeoloji abidə. 1973-cü ildə Zərdab rayonunun Xanməmmədli kəndinin cənub-qərbində meliorasiya işləri zamanı yerin 1,5 m dərinliyində küp qəbir aşkar olunmuşdur. F.Osmanov bu qəbiri e.ə. II – I əsrlərə aid etmişdir. Skelet yarımbükülü vəziyyətdə qoyulmuş, yanından serdolik muncuqlar, korroziyaya uğramış qısa xəncər, sadə naxışsız gil qablar tapılmışdır. Mərhumun alın hissəsinə sikkə qoyulmuşdur. Numizmatik material Parfiya Arşakilərindən olan I Oroda məxsusdur (e.ə. II əsr). Sikkənin aversində hökmdar I Orodun adı, reversində isə günəş təsvir olunmuşdur. Qəbirdən 1 m kənarda ocaq izləri də tapılmışdır.
Əl
Əl — insan və meymunun yuxarı ətrafları. İnsan bir əlində 5 barmaq olmaqla 10 barmağa sahibdir. Əl tutma, dartma, itələmə, vurma, yazma kimi onlarla funksiyanı yerinə yetirir. Baş barmağın tutuş zamanı digər barmaqlardan əks tərəfdə yerləşməsi tutma qüvvətini xeyli artırır. Əlin hissetmə qabiliyyəti çox yüksəkdir. Görmə qabiliyyətini itirmiş şəxslərin əllərindəki hissiyat daha güclü olur. Əldə 27 dənə sümük var. Bir əlin barmaqlarında isə 14 sümük var. Baş barmaqda 2, qalan barmaqların hərəsində 3 sümük var. İnsan həyatında fəal iştiraka görə əl ən çox travmatizmə məruz qalır.
Əl-Cəbəl əl-Əxdar
Əl-cəbəl Əl-əxdar (ərəb diliالجبل الأخضر) — Liviyanın Kirenaika regionunda şəhər.
Əl-Münəzzəl Əl-Mübarək
Cudi dağı — Türkiyədə, cənub-şərqi Anadoluda, Şırnak və Silopi mahal mərkəzləri arasında yerləşən, hündürlüyü 2,114 metr olan dağ. İslami inanclara görə, Tufandan sonra Nuhun Gəmisi bu dağın üzərinə oturmuşdur. Sözü keçən gəminin Ağrıda tapıldığı mövzusunda söz-söhbətlər vardır. Austen Henry Layard və L. King, bu dağın ətraflarında mismar yazısıyla hazırlanmış Asar kitabələrinə rast gəliblər. Quranda gəminin Cudi dağına oturduğu qeyd edilir. Hud Surəsində "Ey yerüzü! Ud suyunu. Ey göy! Tut suyunu" deyildi. Su çəkildi, iş bitdi.
Əl-Məhəllə əl-Kübra
Əl-Məhəllə əl-Kübra (ərəb. المحلّة الكبرى‎) — Misirin əl-Qərbiyyə mühafəzəsində şəhər. Əhalisi təxminən 543.271 nəfərdir (2018).
Əl-Məscid əl-Haram
Məscidül-Həram (ərəb. المسجد الحرام‎) — Məkkə şəhərində məscid. Kəbəni daxilinə alan və "Hörmətli Məscid" mənasını verən bu "Məscidül-Həram" ifadəsi Quranda 16 yerdə işlənib. Kəbə İbrahim və İsmail peyğəmbərdən sonra bir çox dəyişikliklərə uğramışdır. Ayrı-ayrı dönəmlərdə qismən genişləndirilərək indiki duruma gəlib çıxmışdır. Hazırda Məscidül-Həramın sahəsi 361.000 m2-dır. Ümrə və həcc ziyarətinin rüknü olan səy əməlinin icra olunduğu Səfa və Mərva təpələri də bu məscidin ərazisindədir.
Əl-Əsvəd əl-Ansi
Əl-Əsvəd əl-Ənsi (ərəb. عبهلة بن كعب‎; bilinmir – 632, Yəmən) — daha çox əl-Əsvəd əl-‘Ansi (ərəb. الاسود العنسي‎) — Ərəbistanın “yalançı peyğəmbərlərindən” biri. Daha çox Zül-ximar (ərəb. ذو الخمار‎) kimi də tanınırdı. Əl-Əsvəd Əl-Ənsi qəbiləsinin Mədhic qolundandır. İslam ənənəsində o, falçı və sehrbaz (kahin) kimi tanınırdı. Əl-Əsvəd Yəmənin qərb hissəsində yaşayan Ansit qəbiləsinin başçısı idi. O, Məkkəyə "vida həccindən" sonra xəstələnən İslam peyğəmbəri Məhəmmədin ömrünün sonuna yaxın özünü peyğəmbər elan edir. Əl-Əsvəd öz bəstəsinin ayələrini oxuyaraq bunların Allahdan ona nazil olan vəhylər olduğunu iddia edir.
Əl-Alim
Əl-Alim (ər. العليم) — Allahın adlarından biri. Mənası: Hər şeyi haqqiyla bilən,elminin sonu olmayan,heç bir şey elmindən gizli qalmayan.Əzəli elmiylə mütləq elm sahibi. Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir! İnsanlar düşünə biləcək bir şüura sahib olduqları andan etibarən öyrənməyə başlayırlar. Müəyyən bir yaşa çatdıqdan sonra da təhsil almağa və bu cür hesabsız biliklər əldə etməyə davam edirlər. Hətta bəzi insanlar müəyyən bir və ya bir neçə mövzu üzrə mütəxəssisləşirlər. Məsələn bir fizika mühəndisi, fizika qanunlarının hamısını öyrənə bilər və ya fəlsəfə üzrə təhsil almış bir insan, fəlsəfi mövzulara tam olaraq hakim ola bilər. Yenə yaxın tarix üzə mütəxəssisləşmiş bir tədqiqatçı, yaxın tarixlə əlaqəli çox dəqiq şərhlər verə bilər.
Əl-Həsa
Əl-Əhsa, həmçinin Əl-Həsa və ya Əl-Xasa (ərəb. الْأَحْسَاء‎) — Səudiyyə Ərəbistanının Şərq vilayəti ərazisində ərazi. Ərəbistan yarımadasının şimal-şərqində qərarlaşır. İran körfəzi sahillərindən Qətər yarımadası və Əl-Cafura səhrasına qədər uzanır.
Əl-Əhsa
Əl-Əhsa, həmçinin Əl-Həsa və ya Əl-Xasa (ərəb. الْأَحْسَاء‎) — Səudiyyə Ərəbistanının Şərq vilayəti ərazisində ərazi. Ərəbistan yarımadasının şimal-şərqində qərarlaşır. İran körfəzi sahillərindən Qətər yarımadası və Əl-Cafura səhrasına qədər uzanır.
Əl-Gəyda
Əl-Geyda — Yəməndə şəhər. Əl-Məhra mühafəzəsinin inzibati mərkəzi.
Caynaq əl
Caynaq əl (ing. claw-hand) – əl barmaqlarında fleksio və kontraktura, MKF oynaqlarda açma nəticəsində yaranan deformasiyadır.
Əl-Audca
Əl-Auca — İraqın Səlahəddin mühafəzəsində şəhər. Tikritdən 18 km uzaqlıqda yerləşir.
Əl-Fətih
Əl-Fətih (Hərəkat əl-Tahrir əl-Vətəni əl-Fələstini, Fələstin Milli Qurtuluş Hərəkatı), Yasər Ərafatın öndərliyində 1959-da qurulan Fələstin mənşəli müqavimət təşkilatı və Fələstin Milli Rəhbərliyindəki iqtidar partiyası. 1968-ci ildəki Karaməh müqavimətiylə önə çıxan və Fələstin Qurtuluş Təşkilatı içində təsirli olan təşkilatdır. El-Fətihin içindən 1971-də Əbu Əli Əyadın öldürülməsi üzərinə qopan Qara Sentyabr adındakı qrup, 1972-ci ildə edilən Münhendə keçirilən Olimpiada Oyunlarında əsir götürdükləri 11 İsrailli idmançı Almaniyanın səhv əməliyyatı əsnasında ölmüşdür.
Əl-Hüseyn
Əl-Hüseyn (raket) — İraqda hazırlanan tək mərhələli qısa mənzilli ballistik raket. Əl-Hüseyn məscidi — Misirin Qahirə şəhərində yerləşən qədim məscidlərindən biri.
Əl-Əyn
Əl-Əyn (ərəb. العين‎ "bulaq") — Birləşmiş Ərəb Əmirliklərinin dördüncü ən böyük şəhəri (Dubay, Əbu-Dabi və Şarjadan sonra). Əl Əyn Əmirliyin ən böyük daxili şəhəri və Əbu-Dabi Əmirliyində ikinci ən böyük şəhərdir. Əl-Ayn, Əbu-Dabi və Dubayı birləşdirən magistral yollar ölkədə coğrafi üçbucaq təşkil edir, hər bir şəhər digər ikisindən təxminən 130 kilometr (81 mil) məsafədə yerləşir. Bununla belə, Əl-Ayn və Əl-Buraimi bölgəsi, ümumilikdə Tavam və ya Əl-Buraimi vahəsi mədəni və tarixi əhəmiyyətə malikdir. Məsələn, bölgə Raşidi xilafəti, Əməvilər xilafəti və Abbasilər xilafəti dövrlərində Dibba və Ras Əl-Xayma kimi İslam tarixinə aid hadisələrin şahidi olub. Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zeyd ibn Sultan Əl-Nəhayanın həyatının çox hissəsini (ən azı 1927-ci ildən, 1966-cı ildə Əbu-Dabi Əmirliyinin hökmdarı olana qədər) keçirdiyi yer bura olub. Onun Əbu-Dabidə doğulduğu qəbul edilsə də, bəzi tədqiqatçılar onun Əl-Əyndə anadan olduğunu iddia edirlər. Əl-Ayn həm də ölkənin ən qədim məscidi Şeyx Xəlifə məscidinin yerləşdiyi yerdir. Əbu-Dabi əmirliyində, ölkənin paytaxtından 148 km şərqdə, Omanla sərhəddə, Buraymi vahəsi ərazisində yerləşir.
Əl Nəsr
Əl-Nəsr FK — 1955-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yaradılmış futbol klubu. Səudiyyə Ərəbistanı Peşəkar Liqasında mübarizə aparır. Onlar matçlarını 25 min tamaşaçı tutumuna malik KSU Stadionunda keçirirlər. 2022-ci il dünya çempionatından sonra Kriştiano Ronaldonu transfer etməklə bütün dünyada ad çıxardılar. Bu transferdən sonra Əl-Nəsrin Instaqram izləyicilərinin sayı 15 milyona yüksəldi.
Əl göbələyi
Ayaq göbələyi (lat. Tinea pedis) – yoluxucu xəstəlik olub, ayaq barmaqlarının arasında əmələ gəlir. İlk zamanlar solğun ağ və sarı ləkələr kimi yaranır sonar isə xoşagəlməz və ağrılı bir problemə çevrilir. Ayaq göbələyinə adətən tez-tez tərləyən ayaqlarda daha çox rast gəlinir. Bədənin dərisindən asılı olaraq bu infeksiyanın müalicəsi bəzən asan bəzən isə həddindən artıq çətin ola bilər. Dözülməz dərəcədə qaşınma. Ayağın formasında hiss olunan dəyişikliklər. Ayaqda səpkilər və onların sulanması. Göbələklər canlı qalması üçün gün işığına ehtiyacı olmayan mikroskopik canlılardır. Bu növ canlıların əsas yaranma mənbəyi rütubət və isti yerlerdir ki,tərləyən ayaqlarda bunun üçün ideal məkandır.
Əl-Hədid
"əl-Hədid" — İranda dərc olunmuş qəzet. == Tarixi == Qəzet 1898-ci ildə nəşr edilmişdir. Cənubi Azərbaycanda dövrün tanınmış şəxsiyyətlərindən biri Hüseyn xan Ədalət tərəfindən çap olunmuşdur. == Fəaliyyəti == Bu mətbu orqan publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərirdi.